logo

Türkiyədə koronovirusdan ölənlərin sayı 2140 nəfərə çatıb

21:17 20-04-2020 | icon 756
Türkiyədə koronovirusdan ölənlərin sayı 2140 nəfərə çatıb

Ölümcül yeni növ koronavirus (COVID-19) infeksiyasından Türkiyədə aprelin 20-də daha 123 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virusdan ölənlərin ümumi sayı 2140 nəfərə çatıb. Bugünkü tələfat ötən günlə müqayisədə 4 nəfər azdır. Son günlər orta hesabla gündəlik yoxlanılanlar arasında yoluxma sayı eyni olur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, epidemiya ilə bağlı vəziyyətə dair son rəqəmlər barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, aprelin 20-də ölkə üzrə 39703 nəfər üzərində test aparılıb. Onlardan 4674 nəfərdə infeksiya aşkarlanıb.

İndiyədək testdən keçirilənlərin ümumi sayı 673980 nəfərə çatıb. Ümumilikdə 90 min 980 nəfər müalicəyə cəlb olunub. Hazırda 1909 nəfər reanimasiyada, 1033 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır.

İndiyə qədər 13430 nəfərin müalicəsi uğurlu olub. Aprelin 20-də 1454 nəfər sağalaraq evə buraxılıb.