logo

Türkiyənin 31 vilayətində dörd gün karantin tətbiq olunacaq

20:29 20-04-2020 | icon 2401
Türkiyənin 31 vilayətində dörd gün karantin tətbiq olunacaq

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Türkiyədə aprelin 23-də yerli vaxtla saat 00:00-dan etibarən dörd gün müddətinə evdən çıxmaq qadağan olunacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra ölkə ictimaiyyətini məlumatlandırıb. Dövlət başçısı koronovirusla mübarizə ilə bərabər gündəlikdə olan digər mühüm məsələlərdən də danışıb.

Qeyd edək ki, Türkiyədə bu fasiləli məhdudiyyət forması üçüncü dəfədir ki, həftənin son günlərini əhatə etməklə tətbiq olunur. Aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100 illiyi qeyd olunduğu üçün Ankara, İstanbul, İzmir daxil olmaqla ölkənin 31 vilayətini əhatə edən məhdudiyyət dörd gün tətbiq olunur.