logo

FIDE iddiaçılar turnirini sentyabrda Yekaterinburqda keçirəcək

19:15 20-04-2020 | icon 3227
FIDE iddiaçılar turnirini sentyabrda Yekaterinburqda keçirəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iddiaçılar turnirinin ikinci mərhələsini bu ilin avqust-sentyabr aylarında Rusiyanın Yekaterinburq şəhərində keçirməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə FIDE-nin vitse-prezidenti Naycel Şort məlumat verib. Məşhur britaniyalı qrossmeyster qeyd edib ki, koronavirus pandemiyasının qarşısının alınması yaxın zamanlarda mümkün olmazsa, turnir daha 3 ay təxirə salınacaq. Yəni bu ilin dekabr ayına təsadüf edəcək.

Qeyd edək ki, Yekaterinburq şəhərində keçirilən iddiaçılar turniri martın 26-da, 7 turdan sonra koronavirus pandemiyasına görə dayandırılıb.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.