logo

Azərbaycanda daha 38 nəfər  koronavirusa yoluxdu

17:57 20-04-2020 | icon 2086
Azərbaycanda daha 38 nəfər  koronavirusa yoluxdu

Azərbaycanda yeni koronavirus infeksiyasına daha 38 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahından bildirilib.Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.