logo

İlham Əliyev paytaxtın küçələrinin təmirinə 11,6 milyon manat ayırdı

14:51 20-04-2020 | icon 2240
İlham Əliyev paytaxtın küçələrinin təmirinə 11,6 milyon manat ayırdı

Prezident İlham Əliyev aprelin 20-də “Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən, Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb.