logo

Lənkəranda “Hyundai” 3 yaşlı uşağı vurub öldürdü

13:55 20-04-2020 | icon 3500
Lənkəranda “Hyundai” 3 yaşlı uşağı vurub öldürdü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib. Qeyd edilib ki, Lənkəran rayonunun Digah kəndi ərazisində yolu keçən kənd sakini 3 yaşlı Amili Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Lənkəran şəhər rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.