logo

Kürəkən qaynını güllələdi

16:30 19-04-2020 | icon 2170
Kürəkən qaynını güllələdi

Xaçmazda güllələnmə hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Xaçmaz rayon Polis Şöbəsindən bildirilib. Qeyd edilib ki, hadisə rayonun Ağtala kəndində qeydə alınıb.

İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini Fazil Quliyev həyat yoldaşı ilə mübahisə edib.

Onların səs-küyünü eşidən F.Quliyevin qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev ərlə arvadı sakitləşdirmək istəyib.

Bundan daha da əsəbləşən kürəkən ov tüfəngindən atəş açaraq qaynına xəsarət yetirib.

M.Allahverdiyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırın deşilmiş, cırılmış yarası diaqnozu qoyulub.

Fazil Quliyev isə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.