logo

İranda koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb

13:43 19-04-2020 | icon 2373
İranda koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb

Ötən son sutka ərzində İranda koronavirusa 1 343 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə  “Twitter” hesabında məlumat paylaşıb.  Onun sözlərinə görə, fevralın 19-dan bu günədək 82 211 nəfər virusa yoluxub. “Təəssüf ki, son 24 saatda 87 xəstə vəfat edib. Ölənlərin sayı 5 118 nəfərə çatıb“, - deyə nazirin müşaviri qeyd edib. 

O, daha sonra, İranda virusa yoluxmuş 57 023 nəfər sağaldığını qeyd edib.  

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.