logo

Bakıda “SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açıldı

11:37 19-04-2020 | icon 2660
Bakıda “SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açıldı

Bu gün Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci km. 4 ünvanında, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən virtualaz.org-a bildirilib ki, bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş YDM-də “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Sürücülərin rahatlığının təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə məntəqədə yeddi yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da on iki kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Bununla da “SOCAR Petroleum” QSC-nin bir ədəd sıxılmış təbii qaz doldurma məntəqəsi (STQDM) daxil olmaqla 32 yanacaqdoldurma məntəqəsi (YDM), yeni istifadəyə verilmiş məntəqə ilə birlikdə isə YDM şəbəkəsi 33-ə çatdırılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 33 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlükləri var.