logo

Kraliça II Elizabet 94-cü ad gününün ilk dəfə atəşfəşanlıqsız qeyd edəcək

17:46 18-04-2020 | icon 2436
Kraliça II Elizabet 94-cü ad gününün ilk dəfə atəşfəşanlıqsız qeyd edəcək

Böyük Britaniya kraliçası II Elizabet bu il aprelin 21-də keçiriləcək 94-cü ad gününün atəşfəşansız qeyd olunmasını xahış edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə yerli ITV telekanalının redaktoru Kris Şip özünün “Twitter” səhifəsində yazıb. II Elizabet taxtda olduğu 68 il ərzində ilk dəfə bu cür xahişlə çıxış edib. O, pandemiya şəraitində belə təntənələrin yolverilməz olduğu qənaətindədir.

Kraliça ənənəvi olaraq ad gününü ildə iki dəfə keçirir. Anadan olduğu gün aprelin 21-i xüsusi təntənə ilə müşayiət edilmir. Parad və el şənlikləri ilə qeyd olunan rəsmi ad günü isə, əsasən havanın əlverişli olduğu iyun ayının ikinci şənbə günü baş tutur.

Qeyd edək ki, Böyük Britaniyada atəşfəşanlıq kral ailəsi ilə bağlı bəzi günlərdə təşkil olunur. Buraya II Elizabetin ad günündən başqa, onun taxta çıxdığı fevralın 6-sı, taclandırıldığı iyunun 2-si, həyat yoldaşı şahzadə Filippin ad günü – iyunun 10-u, vəliəhd Uels şahzadəsi Çarlzın ad günü – noyabrın 14-ü və parlament sessiyasının açılışı günü daxildir.

Mart ayının ortalarında koronavirusla bağlı təhlükəsizlik səbəbindən risk qrupuna daxil olan kraliça II Elizabet və şahzadə Filipp Londonu tərk edərək Vindzor qəsrinə yollanıb.

Xatırladaq ki, indiyədək Böyük Britaniyada 108 mindən çox koronavirusla yoluxma və 14 min 576 ölüm faktı qeydə alınıb.