logo

İranda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

14:46 18-04-2020 | icon 2359
İranda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

İranda koronavirusa yoluxaraq ölənlərin sayı 5 min nəfəri ötüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə son 24 saat ərzində İranda 73 nəfər ölüb, 1374 nəfər isə yoluxub. Beləliklə ümumilikdə ölənlərin sayı 5 min 31 nəfərə, yoluxanların sayı 80 min 868 nəfərə çatıb.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 55 min 987 nəfər sağalaraq evə buraxılıb.