logo

Azərbaycan və Rusiya baş nazirləri koronavirusu müzakirə ediblər

22:50 17-04-2020 | icon 2030
Azərbaycan və Rusiya baş nazirləri koronavirusu müzakirə ediblər

Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədovla və Mixail Mişustin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə  “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

“Hökumət başçıları, Rusiyada və Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirləri müzakirə ediblər”,- deyə məlumatda qeyd edilib.

Mixail Mişustin və Əli Əsədov, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərinə toxunublar.