logo

Tacikistan prezidentinin oğlu parlamentin sədri oldu

20:50 17-04-2020 | icon 2520
Tacikistan prezidentinin oğlu parlamentin sədri oldu

Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin altıncı çağırış birinci sessiyası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sessiyada Tacikistan prezidenti Emamali Rahmon çıxış edib.

Sessiyada Tacikistan prezidentinin böyük oğlu Rustam Emamali Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin sədri seçilib.

İclasda sədr müavinləri və komitə sədrləri də seçilib.

Xatırladırıq ki, R.Emamali 2012-2017-ci illərdə Tacikistan Futbol Federasiyasının prezidenti, 2017-2020-ci illərdə Düşənbə şəhərinin meri vəzifələrində işləyib.