logo

Türkiyədə daha 126 nəfər koronavirusdan dünyasını dəyişib

20:15 17-04-2020 | icon 2450
Türkiyədə daha 126 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə bir gündə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 126 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virus qurbanlarının sayı 1769 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, epidemiya ilə bağlı vəziyyət barədə son rəqəmləri səhiyyə naziri Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. O bildirib ki, aprelin 17-də ölkə üzrə 40 min 270 nəfər üzərində test aparılıb. Onlardan 4 min 353 nəfərində infeksiya aşkarlanıb.

İndiyədək testdən keçirilənlərin sayı 558 min 413 nəfərə çatıb. Ümumilikdə 78 min 546 nəfər müalicəyə cəlb olunub. Hazırda 1845 nəfər reanimasiyadadır. Süni nəfəs aparatına 1014 xəstə qoşulub.

Bu vaxta qədər 8 min 631 nəfərin müalicəsi uğurlu olub. Aprelin 17-də 1542 nəfər sağalaraq evə buraxılıb. Bu gün sağalananların sayı dünənkindən 127, aprelin 15-dəki göstərici ilə müqayisədə 667 nəfər çoxdur.

Xatırladaq ki, aprelin 17-də yerli vaxtla saat 00:00-dan başlayaraq növbəti dəfə Ankara, İstanbul, İzmir, Kocaeli də daxil olmaqla ölkənin 31 vilayət üzrə iki gün müddətinə komendant saatı tərtib ediləcək. Ötən həftənin cümə günü ilk dəfə tətbiq olunan evdən çıxmaq qadağasının aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100 illiyi ilə əlaqədar qarşıdakı həftə üçün 4 gün olacağı gözlənilir.