logo

Türkiyə və Yaponiya koronavirusa qarşı birlikdə mübarizə aparacaqlar

18:10 17-04-2020 | icon 2338
Türkiyə və Yaponiya koronavirusa qarşı birlikdə mübarizə aparacaqlar

Yaponiya və Türkiyə hökumətləri koronavirusa qarşı birlikdə mübarizə aparacaqlar. Bu barədə razılaşma  aprelin 17-də Yaponiyanın baş naziri Şinzo Abe ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən telefon danışığı zamanı əldə edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə prezidenti COVID-19 pandemiyasına qarşı ölkədə görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Baş nazir koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində Türkiyə hökumətinin atdığı addımları alqışladığını bildirib. Öz növbəsində Yaponiyada koronavirusun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıb. Qeyd edib ki, Yaponiya şirkətinin iştirakı ilə Türkiyədə inşa edilən xəstəxana layihəsi həmin virusa yoluxmuş insanların müalicəsində əhəmiyyətli rol oynayacaq.

Prezident R.Ərdoğan da öz növbəsində Yaponiya tərəfinin COVID-19 koronavirusuna qarşı mübarizədə gördüyü tədbirləri yüksək qiymətləndirib.

Telefon danışığı zamanı liderlər infeksiyanın qarşısının alınması və eyni zamanda iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.