logo

İranda koronavirusdan ölənlərin sayı 5 minə çatıb

17:57 17-04-2020 | icon 2443
İranda koronavirusdan ölənlərin sayı 5 minə çatıb

İranda koronavirusdan ölənlərin sayı 5 min, yoluxanların sayı isə 79 min 494 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

O, bildirib ki, son 24 saat ərzində 1499 nəfər virusa yoluxub, 89 nəfər isə ölüb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 54 min nəfər sağalaraq evə buraxılıb.