logo

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü

16:53 17-04-2020 | icon 2387
Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) açıqladığı son məlumatlara əsasən, indiyədək dünyada 2 200 322 nəfərə COVID-19 diaqnozu qoyulub.

YeniAvropa ÜST-nin saytına istinadla xəbər verir ki, bu günədək koronavirusdan 558 150 nəfəri sağalıb, 147 757 nəfər isə dünyasını dəyişib.

Məlumatda bildirilir ki, ən çox yoluxma halları ABŞ (671 475), İspaniya (188 068) və İtaliyada (168 941) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 74 392 nəfər yoluxub, 1 643 nəfər ölüb. İranda isə 79 494 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 958 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 16-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış ykoronavirus daşıyıcılarının ümumi sayı 1 283 olub. İndiyədək ölkəmizdə 15 nəfər virusun qurbanı olub.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirus pandemiya elan edilib.