logo

Avropa Komissiyası karantindən çıxmağın şərtlərini müəyyənləşdirib

15:55 17-04-2020 | icon 2387
Avropa Komissiyası karantindən çıxmağın şərtlərini müəyyənləşdirib

Avropa Komissiyası köhnə qitədə COVID-19 pandemiyası ilə bağlı karantin məhdudiyyətlərinin aradan qaldırılması üçün üç şərt təklif edir. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özünün "Tvitter" səhifəsində paylaşım edib. 

Avropa hökuməti başçısının qeyd etdiyi kriteriyaların birincisi koronavirusun yayılmasının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və yeni yoluxanların sayının azaldılmasıdır. İkincisi güclü səhiyyə sisteminin yaradılması və müalicə sahəsinin bütün zəruri materiallarla təmin olunması, üçüncüsü isə xəstələrin özünütəcridinə kifayət qədər nəzarət edilməsi və onların hərəkətinin monitorinqinin aparılmasıdır.

Eyni zamanda, Ursula fon der Lyayen bu şərtlərin karantinin tam ləğvinə gətirib çıxarmayacağını bildirib. Lyayen tövsiyə xarakterli bu şərtlərə Aİ-yə üzv olan bütün ölkələrin əməl etməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Aİ ölkələrinin məsələyə yanaşması kompleks və mərhələli olmalı, hər bir mərhələ ciddi nəzarətdə saxlanmalıdır.