logo

Prezident Arif Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib

14:31 17-04-2020 | icon 2128
Prezident Arif Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev aprelin 17-də  Arif Məmmədovun ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, prezident İlham Əliyevin 11 iyun 2018-ci ildə imzaladığı sərəncamla  Arif Məmmədov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru təyin edilib.