logo

Neft Fondu bu il daha 400 kq qızıl alıb

13:29 17-04-2020 | icon 7623
Neft Fondu bu il daha 400 kq qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ilk rübündə 0,4 ton qızıl alıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat Neft Fondunun 2020-cu ilin 3 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında əksini tapıb. Bildirilir ki, bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,6 ton olub.

Ötən ilin yekunlarına olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 101,2 ton təşkil edib.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 12,8 faizini, ABŞ dolları portfelinin isə 5 milyard 273,7 milyon dollarlıq hissəsi təşkil edir.