logo

Qazaxıstan qonşularına humanitar yardım göstərir

10:34 17-04-2020 | icon 2478
Qazaxıstan qonşularına humanitar yardım göstərir

 Humanitar yardım dünya birliyi üzvlərin qarşılıqlı yardımın göstərilməsi üzrə ümumi qəbul edilmiş beynəlxalq təcrübədir. Bu gün COVID-19 qlobal pandemiyası şəraitində bir çox ölkələr müasir dövrün çağırışı ilə mübarizənin imkanların artırılması məqsədilə müxtəlif yardım göstərirlər. Qazaxıstanda da bu işdə fəal şəkildə iştirak edir. Pandemiyaya qarşı mübarizə dövründə qonşulara iqtisadi yardım göstərilməsinə səy göstərərək, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qırğızıstana və Tacikistana ümumi dəyəri 3 milyon ABŞ dolları olan hərəsinə 5 min ton Qazaxıstan unu humanitar yardım kimi göndərməyi qərar verib.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, qərar əhalini fasiləsiz ərzaqla təmin edilməsi məqsədilə Qırğızıstanın və Tacikistanın rəsmi müraciətləri əsasında qəbul edilib.

Qazaxıstan prezidenti K.Tokayevlə telefon danışığı zamanı Tacikistan prezidenti Emomali Raxmon hamı üçün çətin dövründə tacik xalqına dəstəyə və humanitar yardımın göstərilməsinə görə təşəkkürünü bildirib. O, həmçinin, Tacikistan vətəndaşların vətənə qaytarılmasında köməklik göstərilməsinə və Qazaxıstan ərazisi ilə yüklərin tranzitinə görə minnətdarlığını bildirib.

Eyni zamanda, Qazaxıstanın və Qırğızıstanın xarici işlər nazirləri Muxtar Tileuberdi və Çinqiz Aydarbekovun telefon danışığı zamanı da qırğız tərəfi humanitar yardıma görə Qazaxıstana səmimi təşəkkürünü bildirib.

Məlumatda qeyd edilir ki, yaxın zamanda sözügedən yüklər Qırğızıstana və Tacikistana müfaviq yerlərə çatdırılacaq.

Xatırladaq ki, Qazaxıstan, dünya birliyinin məsuliyyətli üzvü olaraq, qlobal koronavirus pandemiyası zamanı qıraqda qalmır və tərəfdaş ölkələrə tələb olunan humanitar yardımını göstərməyə davam edir. Belə ki, hələ cari ilin fevral ayında Qazaxıstan COVID-19 epidemiyasının ortasında Çinə dəstək göstərən ilk ölkələrdən biri olaraq, bu ölkəyə bir neçə tibbi qorunma vasitələri göndərib.

Ümumiyyətlə, humanitar yardımın göstərilməsi Qazaxıstanın xarici siyasətinin əsas istiqamətlərdən biridir. Ötən illər ərzində Qazaxıstan Antiqua və Barbuda, Əfqanıstan, Banqladeş, Qırğızıstan, Moldova, Monqolustan, Myanma, Pakistan, Serbiya, Suriya, Türkiyə, Yaponiya və s. ölkələrə müxtəlif yardım göndərib.