logo

Gürcüstanda bu gündən yeni qadağalar tətbiq olunub

10:12 17-04-2020 | icon 2387
Gürcüstanda bu gündən yeni qadağalar tətbiq olunub

Aprelin 17-dən Gürcüstanda koronavirusla əlaqədar yeni qadağaların tətbiqinə başlanılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib. Onun sözlərinə görə, bu gündən qapalı ictimai yerlərdə tibbi maska taxmaq məcburidir. Bu tələbin yerinə yetirilməsinə görə hüquqi şəxslər məsuliyyət daşıyacaq. Tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari məbləğində cərimə olunacaqlar.

Digər qadağa isə avtomobillərlə bağlıdır. Gürcüstanda koronavirusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində avtomobillərin hərəkəti tam qadağan olunur.

İrakli Çikovani xüsusi brifinqdə bildirib ki, qadağa aprelin 17-dən saat 12:00-dan etibarən aprelin 21-dək qüvvədə olacaq.

Bu məhdudiyyətlər yük daşımaları və distribüter maşınlarına şamil edilməyəcək.