logo

Daha 3 dünya çempionatı ləğv edildi

23:40 16-04-2020 | icon 2492
Daha 3 dünya çempionatı ləğv edildi

Aprelin 18-dən 22-dək Kanadanın Monreal şəhərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bu turnirlə yanaşı, Seulda (13-15 aprel) keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan (3-5 aprel) sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.

Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.

Xatırladaq ki, fiqurlu konkisürmə üzrə yubiley - 110-cu dünya çempionatı əvvəlcə martın 16-dan 22-dək Kanadanın Monreal şəhərində keçirilməli idi. Lakin koronovirus səbəbindən aprel ayına keçirilmişdi.