logo

Qazaxıstanda “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb

21:49 16-04-2020 | icon 2345
Qazaxıstanda “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb

Qazaxıstanın Karaqanda şəhəri yaxınlığında döyüş növbətçiliyinə hazırlıq üzrə planlı uçuş əməliyyatını yerinə yetirərkən “MiQ-31” hərbi hava qüvvələri təyyarəsi qəzaya uğrayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Qazaxıstan Müdafiə Nazirliyinin əmrinə əsasən aviasiya qəzasının araşdırılması üzrə komissiya yaradılıb.

Karaqanda yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində iki hərbçi xəsarət alıb.