logo

Gələn həftədən koronavirusdan sağalanlardan plazma alınacaq

18:13 16-04-2020 | icon 3311
Gələn həftədən koronavirusdan sağalanlardan plazma alınacaq

Gələn həftədən etibarən koronavirusdan sağalmış şəxsləri Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət edəcəyik. Onlardan plazmaların alınması və istifadə edilməsi ilə bağlı işlər görülür.

YeniAvropa xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib.

“COVID-19 infeksiyasından sağalan insanların plazmasında virusa qarşı anticisimlər var. Əgər həmin şəxslərin başqa xəstəlikləri yoxdursa, plazması infeksion təhlükə törətmirsə və COVID-19-la mübarizə üçün plazmada kifayət qədər anticisimlər olarsa, onda onu terapevtik məqsədlə ağır xəstələrə köçürmək mümkündür”, - deyə R.Bayramlı qeyd edib.

O, bildirib ki, araşdırmalar nəticəsində COVID-19-un anemiyaya səbəb olması faktı da öz təsdiqini tapıb.