logo

Türkiyənin “Cumhuriyet” qəzeti barəsində istintaq başladılıb

17:14 16-04-2020 | icon 2506
Türkiyənin “Cumhuriyet” qəzeti barəsində istintaq başladılıb

İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyənin “Cumhuriyet” qəzeti barəsində istintaq başladılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, prokurorluğun bu barədə yaydığı açıqlamada qəzetin 14 aprel tarixli buraxılışında “Boğazda bir sızma var” başlığı ilə dərc olunan yazıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbərinə aid adres və şəkillərin açıq yayımlandığı bildirilir.

Qeyd edilir ki, bu məlumatların digər media orqanları vasitəsilə sosial mediada yayıldığı müəyyən edilib. Dövlət məmurunun yaşayış yeri barədə məlumatların yayımlanması, özünün və ailəsinin təhlükəsizliyinə xələl yetirilməsi səbəbindən prokurorluq tərəfindən istintaq başladılıb. Araşdırma Türkiyənin Anadolu Baş Prokurorluğu tərəfindən davam etdiriləcək.

Qeyd edək ki, “Cumhuriyet” qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur.