logo

İranda koronavirusdan ölənlərin sayı azalır

16:56 16-04-2020 | icon 2457
İranda koronavirusdan ölənlərin sayı azalır

Pandemiya başlayandan ilk dəfə olaraq İranda koronavirusdan ölənlərin sayında azalma müşahidə edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 92 olub. Bu barədə məlumat verən İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, ümumilikdə ölənlərin sayı 4 min 869 nəfərə, yoluxanların sayı isə 77 min 995 nəfərə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 55 min 229 nəfər sağalaraq evə buraxılıb.