logo

Birinci rübdə ölkəyə 15,4 mindən çox avtomobil idxal olunub

16:09 16-04-2020 | icon 2646
Birinci rübdə ölkəyə 15,4 mindən çox avtomobil idxal olunub

Cari ilin yanvar-mart aylarında Azərbaycana 169 milyon 634 min ABŞ dolları dəyərində 15 min 492 avtomobil idxal edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, ölkəyə gətirilən avtomobillərin 66-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 14 min 417-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 972-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 37-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir