logo

Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya məğlub olub

09:10 16-04-2020 | icon 3136
Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya məğlub olub

Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 16 yaşlı vunderkind, FİDE-nin bayrağı altında çıxış edən əslən iranlı Əlirza Firuzcaya məğlub olub.

 YeniAvropa xəbər verir ki, "Chess24.com" şahmat platformasının təşkil etdiyi "Banter Blitz Cup" onlayn şahmat turnirinin final qarşılaşması Ə. Firuzcanın möhtəşəm qələbəsi ilə nəticələnib – 8,5:7,5.

Qeyd edək ki, bu şahmatçıların son dövrdə baş tutan bütün qarşılaşmaları böyük maraqla izlənilir və artıq derbi xarakteri alıb.