logo

I rübdə Azərbaycanda 9,3 milyon ton neft və 10 milyard m3 qaz çıxarılıb

15:10 15-04-2020 | icon 2450
I rübdə Azərbaycanda 9,3 milyon ton neft və 10 milyard m3 qaz çıxarılıb

Cari ilin birinci rübündə respublika üzrə hasil edilmiş 9,3 milyon ton neftin (kondensatla birlikdə) 6,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı isə 1,9 milyon ton təşkil edib.

Energetika Nazirliyindən YeniAvropa-ya  bildirilib ki, rüb ərzində ixrac olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton olub. Neftin 7,3 milyon tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca göndərilib.

Yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artımla 10 milyard kubmetr təşkil edən qaz hasilatının 3,5 milyard kubmetri AÇG-dən, 4,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 milyard kubmetr qaz hasil olunub.