logo

"Qeyri-neft sənayesində artım 23% olub"-nazir Mikayıl Cabbarov 

22:50 14-04-2020 | icon 2408
"Qeyri-neft sənayesində artım 23% olub"-nazir Mikayıl Cabbarov 

"2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirib. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olub".

 YeniAvropa xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə videokonfrans şəklində keçirilmiş və 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə çıxışında səsləndirib.  

"Qeyri-neft ümumi daxili məhsulunun 3,5% səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23% təşkil edib. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18%, dağ-mədən sənayesində 12%, kənd təsərrüfatı sahəsində 3,7% artım olmubuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17% və yük daşımaları 7,2% artıb. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.

Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4% artıb. Qızıl ixracı 17%, kimya sənayesi məhsulları ixracı 14% artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5% azalıb. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalıb", - deyə nazir qeyd edib.