logo

Türkiyə 90 min məhkumu sərbəst buraxacaq

19:57 14-04-2020 | icon 2317
Türkiyə 90 min məhkumu sərbəst buraxacaq

Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən yeni qərarın qüvvəyə minməsindən sonra ölkədə təxminən 90 min məhkumun sərbəst buraxılması gözlənilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı ölkə qanunvericiliyində 11 fərqli qanunun 70 maddəsinə düzəlişlər olunub. Edilən dəyişikliklərə əsasən, məhkumların həbsxana müddəti yenidən müəyyənləşdirilib.

Türkiyənin Ədliyyə Nazirliyindən bununla bağlı verilən açıqlamada məhkumların sosial məsafə qaydaları çərçivəsində buraxılması planlaşdırılır.

Qanunun yaxın saatlarda prezident Rəcəb Tayyib Əddoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir.