logo

İranda koronavirusdan ölənlərin sayı 4 min 683-ə yüksəldi

17:25 14-04-2020 | icon 2366
İranda koronavirusdan ölənlərin sayı 4 min 683-ə yüksəldi

İranda koronavirusdan ölənlərin sayı 4 min 683-ə, yoluxanların sayı isə 74 min 877 nəfərə çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, virusa yoluxaraq xüsusi xəstəxanalarda müalicə alanlardan 48 min 129 nəfər sağalaraq evə buraxılıb. Müalicə alan 3 min 691 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.

Bu arada isə İran Tibb Assosiasiyasına üzv olan 550 nəfər həkimin imzası ilə BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlanıb. Məktubda qeyd olunur ki, İrana qarşı tətbiq olunan sanksiyalar tibbi avadanlıqlar və preparatlar almasına imkan vermir. Bu isə minlərlə günahsız insanın ölümünə səbəb olur.

Nəzərə çatdırılıb ki, ABŞ-ın sanksiyalar siyasəti insanlığa və humanizmə sığmır. Həkimlər BMT-nin baş katibini ABŞ-a təsir etməyə və sanksiyaların aradan qaldırılmasına nail olmağa çağırıblar.