logo

İtaliyada pandemiya qurbanlarının sayı 20 mini ötdü

22:31 13-04-2020 | icon 2429
İtaliyada pandemiya qurbanlarının sayı 20 mini ötdü

İtaliyada son sutkada daha 566 nəfər koronavirusun qurbanı olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bunula da ölkədə pandemiyadan ölənlərin ümumi sayı sayı 20 465-ə çatıb.

Məlumatda qeyd edilib ki, koronavirusa yoluxanların sayı daha 3 153 nəfər artaraq 159 516-ya yüksəlib. İtaliyada koronavirusdan sağalanların sayı isə 30 435 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 882 000-i ötüb. Bunların 437 311 nəfəri sağalıb, 117 400 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.