logo

KXDR ölkədə koronavirusa yoluxanların olmadığını bəyan edir

17:52 13-04-2020 | icon 2338
KXDR ölkədə koronavirusa yoluxanların olmadığını bəyan edir

Şimali Koreyada indiyədək koronavirus infeksiyasına heç bir yoluxma halı aşkarlanmayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu məlumat ölkənin Nazirlər Kabinetinin hesabatında əks olunub. Hesabatda bildirilir ki, COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində ümumdövlət miqyasında aparılan tibbi müşahidələr və izolyasiya üzrə görülən işlər nəticəsində bu günədək ölkədə bir nəfər də olsun yoluxan şəxsə rast gəlinməyib.

KXDR-in dövlət informasiya agentliyinin yaydığı məlumatda isə bildirilib ki, KXDR-in hakimiyyət orqanları COVID-19 xəstəliyinin yayılması təhlükəsi səbəbindən yanvarın sonlarında fövqəladə vəziyyət rejimində hərəkət etmək üçün tədbirlər görüb. O cümlədən Çinlə sərhədlər bağlanıb, ölkəyə gələn əcnəbilərin yoxlanması sərtləşdirilib. Fevralda əcnəbilər, xaricdən qayıdan KXDR vətəndaşları və onlarla təmasda olan şəxslər üçün karantin müddəti 30 günədək uzadılıb.

Aprelin əvvəlinə olan məlumata görə, Şimali Koreyanın bütün ərazisində 500-ə yaxın insan karantində qalıb, 2,2 min KXDR vətəndaşı və iki əcnəbi şəxs təcrid şəraitində olub.