logo

Azərbaycanın Belarus üçün göndərdiyi neft Odessa limanına çatıb

15:14 13-04-2020 | icon 2569
Azərbaycanın Belarus üçün göndərdiyi neft Odessa limanına çatıb

"İçərisində SOCAR-dan 85 min ton "Azeri Light" markalı neft olan tanker artıq Odessanın "Yujnı" limanına yan alıb".

 YeniAvropa xəbər verir ki, bu barədə Belarusun milli neft şirkəti olan "Belneftexim"in mətbuat katibi Aleksandr Tişşenko "BELTA" agentliyinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə,  bu gün neft Odessa limanından boru kəməri vasitəsilə  Mozır neft emalı zavoduna nəql olunacaq.

Xatırladaq ki, Belarusun  Azərbaycandan neft tədarükü ilə bağlı razılıq martın 2-də Belarusun baş naziri Sergey Rumas ilə SOCAR prezidenti Rövnəq Abdullayevin görüşündə əldə edilib. 

"Belneftexim" konserninin sədri Andrey Rıbakov bildirib ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon ton neft göndərə bilər.

Qeyd edək ki, Belarusla qiymətlərdə razılaşma əldə olunmadığına görə, Rusiyanın iri neft şirkətlərindən neft alınması yanvarın 1-də dayandırılıb. Baş nazirin birinci müavini Dmitri Krutoyun sözlərinə görə, Belarus Rusiya neft şirkətlərinə əvvəlki həcmdə pul ödəməyi iqtisadi cəhətdən səmərəsiz və mənasız sayır.