logo

Ərdoğan daxili işlər nazirinin istefasını qəbul etmədi

09:15 13-04-2020 | icon 2359
Ərdoğan daxili işlər nazirinin istefasını qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə prezidenti Administrasiyası məlumat yayıb. "Bizim nazirimiz istefa haqqında ərizəni prezidentimizə təqdim etdi. Ərdoğan bildirib ki, bu tələbi münasib hesab etmir. Daxili işlər nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək”, - deyə məlumatda qeyd edilib. 

Xatırladaq ki,  ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.

Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.