logo

Balıq ovuna moratorium elan edilir

10:34 13-04-2020 | icon 2429
Balıq ovuna moratorium elan edilir

Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar mayın 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinın, qorunmasının vacibliyini günümüzün ən aktual məsələlərindən biri olduğunu qeyd edib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya, qaydalara əməl etməyə çağırıb.