logo

Təbriz şəhərinin meri koronavirusa yoluxub

18:58 12-04-2020 | icon 2338
Təbriz şəhərinin meri koronavirusa yoluxub

İranın Təbriz şəhərinin meri Şahin Bəhari yeni koronavirusa yoluxaraq karantinə alınıb.

YeniAvropa İRNA agentliyinə istinadla xəbər verir ki, mer özünü pis hiss edərək həkimə müraciət edib. Müayinədən sonra merin koronavirusa yoluxması aşkar edilib. Hazırda Ş. Bəhari öz evində karantinə alınıb. Onun vəziyyəti normaldır.

Xatırladaq ki, İranda karantin şərtlərinin yumşaldılması Təbriz şəhərində hərəkətliyə səbəb olub. Dükan və bazarlar, ictimai nəqliyyat və ictimai iaşə obyektləri fəaliyyətə başlayıb. Ölkənin Səhiyyə Nazirliyi virus təhlükəsinin hələ də davam etdiyini və insanları diqqətli olmağa, məsafə gözləməyə çağırıb. Böyük şəhərlərdə taksilərə yalnız bir nəfər sərnişinin daşınmasına icazə verilib. Bununla yanaşı, Təbriz şəhərinə giriş-çıxış hələ də ciddi nəzarətdə saxlanılır. Təbrizdən İranın digər şəhərlərinə olan avtobus və təyyarə reysləri hələlik bərpa edilməyib.