logo

Tehranda karantin rejiminin şərtləri yumşaldılıb

17:59 12-04-2020 | icon 2233
Tehranda karantin rejiminin şərtləri yumşaldılıb

Son 24 saat ərzində İranda koronavirusdan 177 nəfər həyatını itirib, 1627 nəfər isə karantinə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, İranda virusa yoluxanların sayı 71 min 686, ölənlərin sayı isə 4 min 474 nəfərə çatıb.

Qeyd edək kii, koronavirusla mübarizə üçün yaradılmış milli komitədə çıxış edən prezident Həsən Ruhani bildirib ki, İranda virusa yoluxanların 2 faizi dünyalarını dəyişib. Lakin Avropa ölkələrində bu rəqəm 22 faiz təşkil edir. Onun sözlərinə görə, sanksiyalar İrana virusla mübarizə aparmaq üçün əngəllər törətsə də xalqın birliyi və həkimlərin fədakarlığı daha böyük fəlakətin qarşısını alıb.

Prezident qeyd edib ki, Tehranda karantin şərtləri yumşaldılıb. Bəzi müəssisələrin işə başlamasına və metro istisna olmaqla şəhər daxili ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Lakin vətəndaşlar diqqətli olaraq sosial məsafəni gözləməli və tibbi maskasız bayıra çıxmamalıdırlar. Bununla yanaşı, Tehranda dezinfeksiya işləri davam edir.