logo

Koronavirusa yoluxan baş nazir xəstəxanadan evə buraxıldı

17:18 12-04-2020 | icon 2275
Koronavirusa yoluxan baş nazir xəstəxanadan evə buraxıldı

Böyük Britaniyanın baş naziri Boris Conson bu gün xəstəxananı tərk edərək evə buraxılıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 55 yaşlı baş nazir dərhal işə qayıtmayacaq.

Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən baş nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.