logo

Prezident sarayının 20 əməkdaşı koronavirusa yoluxdu

17:31 11-04-2020 | icon 2394
Prezident sarayının 20 əməkdaşı koronavirusa yoluxdu

Kabildə prezident sarayının 20 əməkdaşının koronavirus testlərinin nəticələri müsbət çıxıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.Bildirilib ki, mütəxəssislər ümumilikdə 517 testi tədqiq ediblər. Yoluxma halları müəyyən edildikdən sonra Əfqanıstan Səhiyyə Nazirliyinin işçiləri prezident sarayının digər əməkdaşlarından və məmurlardan da analizlər alıb.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə saat 15:30-a olan məlumata əsasən, artıq dünyada 1 milyon 710 mindən çox yoluxma və 104 minə yaxın ölüm faktı qeydə alınıb.

Əfqanıstanda isə indiyə qədər COVID-19 xəstəliyinə 555 nəfər yoluxub, 18 nəfər isə həyatını itirib.