logo

Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlanıb

13:22 06-03-2018 | icon 3465
Aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlanıb

Bu gündən etirən aprelin 1-də keçiriləcək ilk sınaq imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) YeniAvropa-ya bildiriblər ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanları bir növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanır.

İmtahana qeydiyyat martın 6-sı saat 10:00-dan martın 28-i saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq “Sınaq imtahanı” ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə etməklə sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.