logo

Şabrandakı avtoqəzada 2 nəfər ölüb, 4 nəfər yaralanıb

10:15 11-04-2020 | icon 3451
Şabrandakı avtoqəzada 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Aprelin 10-u axşam saatlarında Şabran rayonu ərazisində iki nəfərin ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, rayonun Hacıqaraqaşlı kəndində qeydə alınan hadisə zamanı “Kia Cerato” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu dünyasını dəyişib.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar - Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.