“Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı
"Bakcell" şirkəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləməyə davam edir. Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində "Bakcell" ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib.
YeniAvropa xəbər verir ki,karantin müddətində şirkətin abunəçiləri və "Bakcell" şəbəkəsinə yeni qoşulmaq istəyənlər dublikat və ya yeni SİM-kartı diler dükanı və müştəri xidməti mərkəzlərinə getmədən sifariş etmək imkanına malikdirlər. Sifariş olunan SİM-kartlar "Bakcell" şirkətinin diler nümayəndələri tərəfindən müştərilərin ev və ya ofislərinə çatdırılacaq. Qeyd edək ki, Bakı və regionların mərkəzlərində çatdırılma tamamilə pulsuzdur.
Sifarişləri 555 nömrəsinə ("Bakcell" Əlaqə Mərkəzi) zəng etməklə və ya “Mənim Bakcellim” tətbiqetməsindən istifadə etməklə həyata keçirmək olar.
Qeyd edək ki, yeni xidmətdən Bakı, Gəncə, Sumqayıt, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Bərdə, Yevlax, Samux, Goranboy, Ağcabədi, İmişli, Şirvan, Sabirabad, Göyçay, Şamaxı, İsmayıllı, Ağsu, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qəbələ, Zaqatala, Şəki, Qax, Balakən, Mingəçevir, Ağdaş, Lənkəran, Biləsuvar, Salyan və Naxçıvan MR ərazisində istifadə etmək olar.
Xatırladaq ki, "Bakcell" ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib."Bakcell" abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün "Bakcell" abunəçiləri üçün tamamilə pulsuzdur.
Həmçinin, şirkət abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.
"Bakcell" şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir