logo

“OPEC+” ölkələri neft istehsalını 10 milyon barrel məhdudlaşdırır

21:51 09-04-2020 | icon 2541
“OPEC+” ölkələri neft istehsalını 10 milyon barrel məhdudlaşdırır

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə “OPEC+” üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəlinib.

YeniAvropa  “Bloomberg”ə istinadla xəbər verir ki, sövdələşmənin mayın 1-dən tətbiq olunacağı bildirilir.

Qeyd edək ki, görüş ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilib.

Xatırladaq ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.