logo

Stend atıcılığı üzrə dünya çempionatı təxirə salındı

20:17 09-04-2020 | icon 3164
Stend atıcılığı üzrə dünya çempionatı təxirə salındı

Fransada keçirilməli olan stend atıcılığı üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) mətbuat xidməti məlumat yayıb.

Yarış iyunun 9-19-da Şatoru şəhərində keçirilməli idi. Turnirin 2021-ci ildə təşkil olunması qərara alınıb.