logo

“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

19:55 09-04-2020 | icon 399
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

“Azercell Telekom” yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanallarını abunəçilərinə təqdim edir. Bu tətbiq “Azercell” istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə ən populyar yerli və xarici televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir.

YeniAvropa xəbər verir ki, indi “Azercell” abunəçiləri NNTV tətbiqi ilə daha çox - dünyanın ən baxımlı 200-dən artıq kanalını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür. Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur.

Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər. Xidmət Android/IOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, dünyanın ən baxımlı 200-dən artıq kanalını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, idman paketinə isə aylıq abunəlik təklif olunur. Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız bir həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək. NNTV xidməti ilə bağlı ətraflı məlumatla  https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv/  internet səhifəsində tanış olmaq mümkündür.

Dünyada baş verən məlum vəziyyətlə bağlı özünün və cəmiyyətin sağlığı naminə hər kəsin evdə qalması tövsiyə olunur. Bunu nəzərə alaraq, “Azercell” şirkəti bütün istifadəçilərinə zamanlarını səmərəli və maraqlı keçirə bilmələri üçün davamlı olaraq müxtəlif kampaniyalar və xidmətlər təklif edir. Belə ki, abunəçilərin “Zvuk” aylıq paketinə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən “Azercell” şəbəkəsində tam limitsiz istifadə imkanı vardır. Həmçinin eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur xarici dil öyrənmə mobil tətbiqi “Busuu” 24 mart–30 aprel tarixlərində aylıq paketi 50 faiz endirimlə “Azercell” abunəçilərinin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.