logo

İlham Əliyevin təşəbbüsü ilə sabah Türk Şurasının fövqəladə Zirvə görüşü keçiriləcək

18:48 09-04-2020 | icon 2156
İlham Əliyevin təşəbbüsü ilə sabah Türk Şurasının fövqəladə Zirvə görüşü keçiriləcək

Azərbaycan prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcəkdir. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaqdır.