logo

DİN vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırdı

18:15 09-04-2020 | icon 2170
DİN vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırdı

“Xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildiririk ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır".

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.  "Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırırıq”,-deyə məlumatda qeyd edilib.